Print

OliveAds Construction & Advertising reklam-istehsalat şirkəti 2012-ci ildən etibarən ilk mərhələdən son müştəri məmnuniyyətinədək bütün növ reklam məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. OliveAds Construction & Advertising geniş spektrli xidmətlər təklif edir. Reklam sahəsində ən müxtəlif işlərlə yanaşı, mütəxəssislərimiz qaynaq-montaj və təmir-tikinti işlərini, müxtəlif növ metal kəsmə (lazer, plazma, frazerli və s.), metal lövhənin bükülməsi, istənilən formalı məmulatların toz boyanması işlərini həyata keçirirlər.

Biz, həmçinin, taxta, orqanik şüşə, plastika və digər materiallarda da işlər görürük. Fəaliyyətimizin istiqamətlərindən birini də bankomatların hazırlanması və brendlənməsi təşkil edir. Biz, həcmli format da daxil olmaqla, çap sahəsində hər cür kompleks xidmətlər təqdim edirik. Kompakt şəkildə yerləşdirilmiş istehsal sənayesi sayəsində, reklam da daxil olmaqla, istənilən məhsulu keyfiyyətlə və tez bir zamanda hazırlaya bilirik.

Daima yenilənən avadanlıqlar və istehlak materiallarının çatdırılması OliveAds Construction & Advertising şirkətinin ixtiyarındadır. Bu, müştərilərimizə ağlabatan və rəqabətli endirimlər təklif etməyə imkan yaradır. Şirkət qurulduğu vaxtdan etibarən, tərəfdaşlarımız üçün uyğun həllər təklif etmək məqsədilə, reklam məhsullarımızı daima təkmilləşdirir, rəngarəng edirik.

OliveAds Construction & Advertising komandası yalnız reklam məqsədlərini deyil, ən cəsarətli və qeyri-adi konstruksiyaları da reallığa çevirmək bacarığına malikdir. Biz qeyri-standart küçə və obyekt interyerlərinin tərtibatını təklif etməyə hazırıq. Şirkətimizin təcrübəli dizaynerləri istənilən ideyaları həyata keçirmək, sizin üçün korporativ üslub işləyib-hazırlamaq, unikal loqotip hazırlamaq bacarığına malikdirlər. OliveAds Construction & Advertising şirkətinin peşəkarları, müştərinin bütün istəklərini nəzərə almaqla, istənilən məzmunlu tədbirin tərtibatını öhdələrinə götürə, eyni zamanda öz konseptlərini də təklif edə bilərlər.


Bizim əsas iş prinsiplərimiz:

  • Effektivlik;
  • Etibarlılıq;
  • Peşəkarlıq;
  • Novatorluq;
  • Müştərinin istəklərinə istiqamətlənmə;
  • Yüksək keyfiyyətli xidmət.

OliveAds Construction & Advertising şirkətinin mütəxəssisləri reklam bazarına bələd olmaqla, peşəkarlıq və çoxillik təcrübə sayəsində, hər bir konkret vəziyyətdə müştəriyə onun tələbatına uyğun olan optimal variant təklif edə bilirlər.

 


 

Şirkətin strukturu

 

Biz işləyək-Sizi tanısınlar!

ŞİRKƏT HAQQINDA http://oliveads.az/newsite/images/mix2.jpg Super User
Template Design © Joomla Templates | GavickPro. All rights reserved.