LÖVHƏLƏR, PİLONLAR, LAYTBOKSLAR

Nəzərə çarpmaq istəyinizi reallaşdırın. Və sizin reklamınız şəhər mühitinin parlaq aksentinə çevriləcək.

Biz sizə fasad lövhələrinin, vitrinlərin, dam örtüklərinin, yol nişanlarının, sərgi stendlərinin, laytboksların və s. istehsalını təklif edirik. Həcmli səth seçməklə, geniş görüntü üçün ideal variant əldə edin. Sizin reklam mesajınız möhtəşəm reklam daşıyıcısı sayəsində yadda qalacaq.

Fasad lövhəsi - həm binanın xaricində, həm də daxilində yerləşdirilə bilən, böyük ölçülü konstruksiyadır. Fasad lövhələri, konstruksiyası zahirən sadə olsa da, potensial istehlakçıları cəlb edəcək effektiv reklam məhsulu ola bilər. Mahiyyətcə, onlar bir çox maliyə qurumları, ticarət məkanları, salonlar və firmalar üçün vizit kartı ola bilər. Xarici görünüşünə görə, lövhələr:

  • LED-li;
  • LED-siz;
  • qarışıq olurlar.

Pilonlar – küçələrdə və müxtəlif sahələrdə ötürülən informasiyaya diqqəti cəlb etməyə imkan yaradan özünəməxsus mayaklardır. Pilonların müxtəlif növləri var:

  • naviqator-pilonlar – hərəkətin istiqamət göstəriciləri rolunu yerinə yetirir, obyektə qədər olan məsafə haqqında məlumat verə bilir;
  • interyer pilonları iri obyektlərdə (biznes mərkəzləri, ticarət mərkəzləri və s.) naviqasiya məqsədləri üçün istifadə olunur;
  • reklam pilonları – orijinal dizaynda, roller sistemləri, prizmatronlar şəklində və ya sity-formatda hazırlanır.

Vitrin – əla reklam növüdür. Böyük sahə və zəngin bədii həll vitrin reklamlarını daha da cəlbedici və nəzərçarpan edir.

  • potensial müştəridə təqdim olunan məhsul və xidmətlər haqqında dəqiq təsəvvür yaradır;
  • uzun müddət ərzində istifadə oluna bilir;
  • müştəridə məhsul və xidmət çeşidi haqqında təsəvvür yaratmaq üçün çox güclü vasitədir;
  • dolayısı ilə, qiymətlərin müəyyənləşdirilməsi və şirkətin ümumi marketinq siyasətinin formalaşdırılması üçün vasitə ola bilər;
  • istehlakçı marağının imicini formalaşdırır.

Tavan panelləri – hündür mərtəbəli binaların damlarına quraşdırılmış, daxili LED işıqlandırmasına malik, geniş formatlı, çöl reklam konstruksiyalarıdır.

  • təəssürat yaradan reklam sahəsi;
  • qaranlıqda əlavə effekt verən daxili LED arxa işıqlandırma sayəsində gün boyu nümayiş;
  • istənilən kreativ ideyalar üçün qeyri-standart elementlərdən (böyük fiqurlar, neon və s.) istifadə imkanı.

Naviqasiya (yol) göstəriciləri – эффективный и недорогой вид рекламы, который положительно скажется на узнаваемости вашей компании (бренда). С её помощью, клиенты смогут легко и безошибочно определить правильное направление к искомому адресу, что повысит покупательскую способность.

Sərgi stendləri (reklam-sərgi avadanlığı) – bu, potensial istehlakçıya yönəlmiş qeyri-standart və effektli təsir kanalıdır. Tanıtımlar üçün ideal variantdır. Quraşdırma və daşınma yüngüllüyü sayəsində, gün ərzində bir neçə ticarət mərkəzində və ya meydanda aksiyaların keçirilməsinə imkan verir.

  • otellərin, mehmanxanaların və müxtəlif biznes-mərkəzlərinin hollarında maliyə xidmətlərinin və ya turistik təkliflərin təqdimatı zamanı tətbiq imkanı var;
  • hava limanlarında yeni avtomobil modellərinin, nəqliyyat yeniliklərinin və logistika xidmətlərinin təqdimatı üçün;
  • seminarlarda, konfranslarda yeni xidmətlərin və texnologiyaların təqdimatı üçün;
  • tibb mərkəzlərində müasir əczaçılıq məhsullarının və xidmətlərinin təqdimatı üçün;
  • müxtəlif sərgilər; supermarketlərdə və ticarət mərkəzlərində yeni məhsulların və xidmətlərin nümayişi üçün;
  • Firma üslubunun qavranılmasına və yadda qalmasına imkan yaradır, məkanın xüsusiyyətlərini, hər qarışını nəzərə alır.

Laytbokslar – geniş yayılmış reklam növlərindən biridir. Onun fərqləndirici xüsusiyyəti işıqlandırmadır. İşıqlandırma, xüsusilə, qaranlıqda reklamı daha da cəlbedici edir.

  • potensial müştəriləri cəlb etməklə, uğurlu naviqasiya, informativ və imic funksiyaları yerinə yetirir;
  • hər yerdə, o cümlədən, insanların kütləvi şəkildə toplaşdıqları məkanlarda quraşdırıla bilər;
  • sadə qulluq tələb edir və uzunömürlüdür.

Brandmauerlər – yaşayış və sənaye binalarının, o cümlədən inşa olunan obyektlərin divarlarında yerləşdirilən ən böyük reklam səthləridir.

  • reklam məlumatının yerləşdirilməsi üçün geniş sahə;
  • məqsədyönlü auditoriyaların əhatə olunması;
  • reklam sahəsinin böyüklüyünə görə digər bütün formatları üstələyir.
LÖVHƏLƏR, PİLONLAR, LAYTBOKSLAR http://oliveads.az/newsite/images/mix3.jpg Super User