Baku City Tour üçün parlaq informasiya pilonları.
- Paslanmayan polad 2mm
- Şüşə 10 mm
- Profil
- Toz boyama
- LED + LEDbox
- Metalın bükülməsi və kəsilməsi
- Tozlu rəngləmə
- Qaynaq işləri
- Montaj
Müasir reklam daşıyıcıları arasında pilonlar əhəmiyyətli mövqeyə malikdir. Yaşayış məntəqələrinin memarlıq həllinə uyğunlaşmaqla, şirkətlər üçün dəstək, məhsul və xidmət istehlakçıları üçün faydalı vasitə rolunu oynayır.
Pilonlar üzərindəki reklam məlumatları bir neçə saniyə ərzində oxunur. O, parlaqdır, isfadəlidir, onu yadda saxlamaq asandır, qısa məlumatı və imic elementlərini əks etdirir. Bu, şirkətin gələcəkdə tanınmasına kömək edir. Pilonlar eyni zamanda həcmli endirim kuponu rolunu da oynaya bilərlər. Pilon və podiumların xüsusiyyəti yüksək mobilliyə malik olmalarıdır. Onlar asanlıqla yığılır və açılır, çox yer tutmur, yeni məhsulun maraqlı, qabarıq, cəlbedici şəkildə təqdim olunacağı sərgilərdə xüsusi avadanlıq kimi istifadə oluna bilər.
Bu, sütunşəkilli, adətən, kənarları olan bir konstruksiyadır. Onların sayı reklam məzmunlu sahələrin sayı qədərdir. Konstruksiya, bir qayda olaraq, işıqlandırılır. Enerji mənbəyi içərisində də ola bilər. Digər hallarda, işıqlandırma səthin kənarları boyunca yerləşdirilir. Lakin LED elementlərindən istifadə ən optimal variant hesab olunur. Pilonlar üzərində reklam digər reklam növlərinə gözəl bir əlavədir. Bəzi sahələrdə isə o, sadəcə əvəzolunmazdır.
Üstünlüklər:а:
- Pilonlar qeyri-standart görünüşə malik olduqlarından, potensial müştərilərin diqqətini cəlb edirlər;
- Bütün mümkün yaradıcılıq ideyalarını həyata keçirməklə, istənilən reklam məlumatlarını nümayiş etdirmək mümkündür;
- Parlaq panellər yoldan ötənlərin diqqətini cəlb edir, bütün gün boyu məhsullar və xidmətlər haqqında informasiya ötürürlər;
- Vertikal konstruksiya az yer tutduğundan, onu insanların kütləvi toplaşdığı obyektlərdə quraşdırmaq mümkündür;
- Qeyri-adi sütun ümumi fonda artıqlıq yaratmır, əksinə, ətraf anturaja bəzək verir.
Pilonlar bankların, biznes mərkəzlərinin, kinoteatrların, spa mərkəzlərinin, elit gecə klublarının və s. müasir interyeri ilə uyğunlaşır. Bir sözlə, pilonlar bütün şəraitlərə uyğunlaşırlar. Lakin bu effektli konstruksiyaların öz missiyasını tam şəkildə yerinə yetirmələri üçün, onların insan axını olduğu yerlərdə quraşdırılması tövsiyə olunur. Yolun hərəkət hissəsinə yaxın ərazilər. Reklam sütunu səki ilə yolun sərhəddində yerləşdirilməlidir. Beləliklə, pilon həm sürücülərin, həm də piyadaların diqqətində olacaq. Nəzərə almaq lazımdır ki, sükan arxasında olanlar və sürətlə hərəkət edənlər pilonlar üzərində yerləşdirilmiş informasiyanı görməkdə çətinlik çəkə bilərlər. Buna görə də, informasiyanın yaxşı görünməsini və dəqiqliyini təmin etmək lazımdır; İctimai nəqliyyat dayanaqcaqları. Bu, küçədə reklam obyektinin mütləq nəzərə çarpacağı yerlərdən biridir; Hava limanları. Öz reysini gözləyən sərnişinlər diqqəti cəlb edən sütun üzərindəki məlumatla ətraflı tanış olmaq imkanını qaçırmayacaqlar; Ticarət mərkəzləri. Bu binalar heç vaxt boş olmur. Burada quraşdırılmış rəngarəng pilonlar ən müxtəlif seqmentlərdən auditoriyanın diqqətini cəlb edəcək; Əyləncə kompleksləri, kinoteatrlar, parklar. Bu yerlərə istirahət etməyə və ya sudə vaxtını xoş keçirməyə gələn insanlar məmnuniyyətlə hansısa şirkətin ən gözəl təklifləri ilə tanış ola bilərlər.
Reklam konstruksiyalarının ölçüləri, hazırlanma materialları və funksional imkanları onların yerləşdirildiyi məkandan asılıdır. Məmulatlar alüminiumdan və davamlı plastik ərintilərindən hazırlanır. Ötürülən informasiya şüşə altında yerləşdirilir, yaxud laminasiya vasitəsilə hava şərtlərindən qorunur. Quraşdırılması xüsusi səylər tələb etməsin deyə, pilonun məkandakı forması və yeri xüsusi olaraq nəzərə alınır. Bir sütun üzərində eyni vaxtda bir neçə reklam bloku yerləşdirilə bilər. Bu, elektrik ötürücüsü olan xüsusi silindrli mexanizmlərin hərəkəti nəticəsində həyata keçirilir. Bu qurğu sayəsində, məlumatların dəyişmə tezliyini proqramlaşdırmaq imkanı yaranır. Bir yan paneldə maksimum 4 ədəd blokun yerləşdirilməsi optimal həll hesab olunur.
İşıqlandırma konstruksiyanın içərisinə quraşdırılmış lampalarla həyata keçirilə bilər. Bu halda, işıqlandırma hərtərəfli ola bilər. Lüminessensiyalı mənbələrinin istifadəsi, həmçinin onların yanma və sönmə taymerləri enerjiyə qənaət etməyə kömək edir. Xarici işıqlandırma təmin etmək üçün LED-lərdən istifadə olunur.