Lazer kəsim, əsasən, reklam və informativ məhsulların hazırlanmasında istifadə edilir.
OliveAds Construction & Advertising kəsim mərkəzinin əsas istiqamətləri: lazer, plazma və frezer. Biz, xüsusi avadanlıqlıqlarda həyata keçirilən oyma və 3D kəsim də təklif edirik. Bizim dəzgahlarımız faner, polikarbonat, ağac, orqanik şüşə, latun, alüminium, polistirol, PVC, PET və s. kimi müxtəlif təbəqə materiallarını kəsməyə və emal etməyə imkan verir. Dəzgahlarda uzunluğu 6 metrdən çox, eni isə 2 metrə qədər olan materialları emal etmək mümkündür.
Lazer kəsim
Lazer kəsim, əsasən, reklam və informativ məhsulların hazırlanmasında istifadə edilir. Xüsusilə lazer kəsim suvenir biznes məhsullarının hazırlanmasında tətbiq olunur. Bundan əlavə o, laytboksların, reklam lövhələrinin, mağaza vitrinlərinin, ticarət zallarının girişini bəzəyən həcmli və işıqlı hərflərin tərtibatında da istifadə olunur.
Frezer kəsim
Çöl reklamı sekorunda frezer kəsim (kəsmə yolu ilə metal səthinin mexaniki emalı). Reklam lövhələrinin, həcmli hərflərin, laytboksların, müxtəlif forma və ölçülərdə panellərin hazırlanması üçün. Bununla yanaşı, böyük həcmdə müxtəlif növlü materialların – plastikanın (orqanik şüşə, akril, PVC və s.), istənilən ağac növü, kompozit panellər, fanerlər, daş, əlvan metallar, pilkarbonat və s. emalı da mümkündür. Texnologiya qalınlığı 15 mm olan materialların emalına imkan verir.
Plazma kəsim
Plazma kəsim reklam konstruksiyalarının istehsalında istifadə olunan əlverişli metal emalı prosesidir. Əlavə emal tələb etməyən hazır məmulatlar almağa imkan verir. O, polad, çuqun, bürünc, mis, latun, titan, alüminium və ərintiləri də daxil olmaqla metalların mütləq əksəriyyətinə tətbiq oluna bilir. CNC və xüsusi proqramlardan istifadə müxtəlif mürəkkəbliyə malik yastı detallar hazırlamağa imkan verir: 200 mm-dək qalınlığı olan istənilən metalın emalı, CNC dəzgahında işin yerinə yetirilməsi səhv ehtimalını aradan qaldırır, forma məhdudiyyəti yoxdur, bədii metal kəsimi, düz və əyri xətli kəsimlər, müxtəlif mürəkkəbliyə malik dəliklərin açılması, məmulatın səliqəli və keyfiyyətli istehsalı, sürətli və dəqiq iş, məhsulun qiyməti bədii döymə ilə müqayisədə daha aşağıdır.
Ploter kəsimi
Ploter kəsimi - müxtəlif materiallardan, məsələn, yapışqanlı plyonkadan, səthin alt hissəsini kəsməyə, deşməyə, təsvirin konturu boyunca materialı kəsməyə imkan verən bir texnologiyadır. Vanil kağızı, kağız, karton, plastik, metal, maqnitli vinil, parça, yaışqanlı kağız ploter kəsimi üçün material ola bilər.