Print

Reklam sənayesində metal lövhənin bükülməsi metodu hər yerdə tətbiq olunur.

Metal lövhədən dam qurğularının, bilbordların, superbordların, kronşteyn-panellərin, lövhələrin, həcmli məkan konstruksiyalarının, sütunların, dirəklərin və digər reklam qurğularının, hətta LED kostruksiyaların istehsalında istifadə olunur. Adı çəkilən bu obyektlərin hər biri unikal parametrlərə və istismar xüsusiyyətlərinə malik olduğundan, onlara xüsusi yanaşma tələb olunur. Bundan əlavə, metal lövhədən hazırlanmış konstruksiyalar üçün əlavə və möhkəmləndirici detallar da hazırlanır. Metal məmulatların möhkəm və ətraf mühitin təsirlərinə qarşı dayanıqlı olması vacibdir. Bu, reklam daşıyıcılarının vaxtından əvvəl aşınmasının qarşısını alacaq və uzun xidmət müddətinin təminatı olacaq. Buna görə də, çöl konstruksiyalarının istehsalı üçün istənilən mürəkkəb işin öhdəsindən gələ biləcək lövhə bükən maşın lazımdır.

Lövhənin bükülməsi, əsasən, aşağı karbonlu polad əsasında aparılır. Xüsusi avadanlıqlarda soyuq metal əymə üsulu tətbiq olunur. Bu metal emalı üsulundan istifadə etməklə, qaynaqsız, xidmət müddətini əhəmiyyətli dərəcədə uzadan, aşağı istehsal xərcləri əsasında, dəqiqliklə hazırlanmış müxtəlif ölçülü məhsullar əldə etmək mümkündür. Bu da haqqında bəhs olunan xidmətə tələbatı artırır. “Baykal” maşınlarında emal olunan metalın ölçüləri 20 mm-ə qədərdir. Bükülmə uzunluğu: min.: 1,250 mm, mak.: 4,100 mm.

METAL LÖVHƏNİN BÜKÜLMƏSİ http://oliveads.az/newsite/images/demo/content/blog-46.jpg Super User
Template Design © Joomla Templates | GavickPro. All rights reserved.