METALLA İŞ

Metal elementlər, fərqlilik yaradaraq, müasir eksteryerin və interyerin bəzəyinə çevrilir.

OliveAds Construction & Advertising şirkətinin ustaları, sizin arzularınızı real materiyaya çevirməklə, istənilən mürəkkəbliyə malik metal məmulatları hazırlamağı bacarırlar. Metaldan hazırlanmış məhsullar çoxçeşidlidir: pilləkən və balkon hasarları, hasarlar, skamyalar, çardaqlar, yanmayan qapılar, elektrik panelləri, RACK kabinləri, zibil qutuları və s.

Uzunömürlülük metal konstruksiyaların üstünlüyüdür. Digər materiallarla müqayisədə, metal dayanıqlığı ilə seçilir, zədələnmələrə, zamanla dağılmalara qarşı davamlıdır. Bu səbəbdən də metal məmulatlar uzun müddətli istismara yararlıdır.

OliveAds Construction & Advertising eyni zamanda ofislərdən tutmuş mənzillərə qədər istənilən sahə üçün zövqlü metal mebellərin istehsalı ilə də məşğuldur. Bar və kafe interyerlərində də hay-tek və art-deko üslubunda hazırlanmış metal məmulatlar üstünlük təşkil edir. Bu, yığılıb-açılan konstruksiyalar, metal çərçivə ilə hansısa digər metalın uyğunlaşmasından hazırlanmış korpuslar da ola bilər.

Metal konstruksiyaların üstünlüyü:

  • Ekoloji təhlükəsizlik;
  • Rahat istifadə;
  • Gözəl görünüş;
  • Universallıq.
METALLA İŞ http://oliveads.az/newsite/images/demo/content/blog-103.jpg Super User