Print

Hər bir həcmli hərf - öz çərçivəsi və işıq əlavəsi olan kiçik reklam lövhəsidir.

Həcmli hərflər – öz parlaqlığı ilə diqqəti cəlb edən və daim diqqət mərkəzində olan, universal çöl və daxili reklam növüdür. Böyük hərfləri, haqlı olaraq, vizit kartı hesab etmək mümkündür. Axı, müştərini ilk dəfə qarşılayan və brendə müsbət manasibəti formalaşdıran məhz onlar olurlar.

Həcmli hərflərin növləri

Prinsipcə, rəngli xarici işıqlandırmalı həcmli hərflər müxtəlif ölçülərdə ola bilər. LED modulları sayəsində həcmli hərflərin işıqlandırılması parlaq və ifadəlidir.

Arxa işığı olmayan həcmli hərflər, arxa işıqlandırma tələb etməyən variantlar üçün əla həlldir. Məsələn, yaxşı işıqlandırılmış bir otağın və ya bir mağazanın/binanın girişindəki dekorativ kompozisiyanın bir hissəsi kimi.

Açıq diodlarla həcmli hərflər – ön tərəfində LED klasterlərin yerləşdiyi lövhə, enerjiyə qənaət edən texnologiyalardan biridir. Arxa işığın rəngi tədricən dəyişə, arta və azala bilər.

Kontajurlu həcmli hərflər – premium müəssisələr üçün ideal, çox bahalı və hətta nəcib bir variantdır. “Arxa işıqlandırma” ya rənglə konstruksiyanı uyğunlaşdıra, ya da əksinə, təzad yarada bilər. Beləliklə, yoldan keçənlərin diqqətini cəlb edən güclü effekt yaranır.


Kontajurlu həcmli hərflər.

Həcmli hərflərin əsasında, demək olar ki, istənilən çöl və daxili reklam yaradıla bilər. Sifarişçi, digər texnologiyalarla uyğunlaşdırmaqla, orijinal, oxunaqlı reklam əldə edə bilər. Hərflərin siması nə qədər fərdi (orijinal) olarsa, brendin şansı dəfələrlə artar, lövhənin özü isə şəhər anturajının və ya daxili interyerin əvəzsiz bəzəyinə çevrilə bilər. Paslanmayan poladdan, alüminiumdan, akrildən və orqanik şüşədən, yaxud digər materiallardan hazırlanmış 3D konstruksiyalar; Bu cür işıqlı və ya işıqsız lövhələr hər zaman diqqət mərkəzindədir. İşıqlı həcmli hərflər yalnız gecə saatlarında deyil, gün işığında, hətta əlverişsiz hava şəraitində belə effektli görünür. İşıqlandırma, müştərilərin diqqətini cəlb etmək üçün, müxtəlif üsullarla hazırlana bilər.

Üstünlüklər

Həcmli hərflər müxtəlif ölçülərdə ola bilər: bir santimetrdən bir neçə metrədək. Reklam konstruksiyasının qalınlığı yalnız dizaynerin məqsədləri ilə məhdudlaşır. Axı, həcmli hərflərin istehsal texnologiyası sayəsində, hətta yan səthinin ölçüsü 3 metr olan hərflər də hazırlamaq mümkündür. Beləliklə, əminliklə demək olar ki, hər bir həcmli hərf – öz-özlüyündə karkaslı və işıqlı kiçik reklam lövhəsidir.

HƏCMLİ HƏRFLƏR http://oliveads.az/newsite/images/demo/content/blog-17.jpg Super User
Template Design © Joomla Templates | GavickPro. All rights reserved.