Özəl istehsalat bazası bankomatların və terminalların tətibatı üçün zəruri olan elementləri tez və keyfiyyətlə hazırlamağa imkan verir.
Bankomatların brendlənməsi – bu, onların korporativ üslubda tətibatıdır. Adətən, ticarət və biznes mərkəzlərində müxtəlif bankların bir neçə ödəmə terminalının və bankomatının yerləşdirilməsi üçün xüsusi zonalar ayrılır. Ödəmə terminalları üzərindəki vizual reklamlar potensial müştərilərin diqqətini cəlb edir, rəngarəng, kreativ dizayn isə çoxsaylı rəqiblər arasında fərqlənməyə imkan yaradır.
Üstünlüklər:
- kütləvi yerlərdə geniş auditoriyanı əhatə etmək imkanı;
- brendin tanınmasına kömək edən ideal reklam daşıyıcısı;
- bank xidmətləri haqqında effektiv məlumat;
- zahiri görkəm sayəsində yeni müştərilərin cəlb olunması;
- istənilən, hətta ən mürəkkəb dizaynı həyata keçirməklə, cihazlara arzu olunan görkəmi vermək;
- promo aksiyalarda dəyişiklik olarsa, bankomat və ya terminal üzərindəki kreativi operativ şəkildə dəyişmək mümkündür.