REKLAM KONSTRUKSİYALARINA TEXNİKİ XİDMƏT

Reklam konstruksiyalarına mütəmadi xidmət effektiv fəaliyyətin vacib şərtidir.

Reklam konstruksiyasının quraşdırılması, çöl reklam yerləşdirilməsinin yalnız bir mərhələsidir. Demək olar ki, istənilən hər bir reklam konstruksiyası kifayət qədər mürəkkəb quruluşa malik texniki məhsuldur. Daimi və ixtisaslı qulluq olunmayanda, bu konstruksiyalar keyfiyyətini və estetik görkəmini itirir. Çöl reklamına mütəmadi texniki qulluq – konstruksiyaların funksionallığını təmin etmək, işlək, effektiv vəziyyətdə saxlamaq üçün əla vasitədir.

Xarici görünüşə qulluq

Çöl reklamları yalnız üzərində yanmış lampalar, qopuqlar olmadıqda effektiv şəkildə işləyir. Reklam konstruksiyalarına texniki xidmət geniş spektrli olsa da, əsas standart xarici görünüşə qulluqla və tekniki təhlükəsizliyin dəstəklənməsi ilə əlaqədardır. OliveAds Construction & Advertising laytbokslarla, bannerlərlə, metal və işıqlı hərflərlə, kornşteyn-panellərlə, dam qurğuları və s. ilə işləyir. Təcrübəli əməkdaşlarımız müasir avadanlıqlardan istifadə etməklə, qarşıya qoyulmuş vəzifələri tez bir zamanda həll edirlər. Konstruksiyaların texniki vəziyyətinin planlı şəkildə yoxlanılması, lövhələrin yuyulması və təmizlənməsi, arxa işıqların dəyişdirilməsi və s. xidmətlərə daxildir. Yuma və təmizlik intervalı hər bir konkret vəziyyət üçün xüsusi olaraq müəyyənləşir. Reklam lövhəsinin ilkin rəng palitrası da xidmət intervalına təsir göstərir. Mütəxəssislər zəruri hallarda daxili və xarici zədələnmələri aradan qaldırır, sınıq şüşələri və işıqlandırma elementlərini dəyişdirir, kosmetik təmir aparırlar.

Reklam konstruksiyasına texniki xidmət

Texniki xidmət – reklam konstruksiyasının quraşdırılmasının mühüm mərhələsidir. Bu xidmət sayəsində reklamın yalnız estetik görkəmi deyil, həm də insanların təhlükəsizliyi təmin olunur. İlk baxışdan reklam konstruksiyalarına xidmətin nəticələri o qədər də nəzərə çarpmaya bilər. Lakin reklam konstruksiyasının cəlbedici, ən əsası isə işlək vəziyyətdə saxlanılması biznesin uğur açarıdır. Unutmaq olmaz ki, qonaqda istənilən təşkilat haqqında ilk təəssüratı zahiri görkəm, diqqəti cəlb edən, parlaq, effektli lövhələr yaradır.

Texniki xidmətin mütəmadiliyi reklam konstruksiyasının və ya lövhələrin növündən, həm də lazım olan qulluq növündən asılıdır. Məsələn, 3-6 aydan bir yuma işlərinin aparılması tövsiyə olunur. Böyük lövhələr və ya hərflər zəruri hallarda möhkəmləndirilir. İşıq elementlərinin yoxlanılmasını və diaqnostikasını 4-6 aydan bir təşkil etmək lazımdır. Vaxtında aparılan xidmət reklam lövhələrinin istismar müddətini maksimal həddə çatdırmağa imkan verir. OliveAds Construction & Advertising reklam xidmətinin bütün qulluq spektrlərini təklif edir.

Quraşdırma və montaj

OliveAds Construction & Advertising quraşdırma və montaj xidmətləri göstərir. Montaj işlərinin əla nəticəsinə - səliqəli, etibarlı quraşdırmaya, işıqların düzgün qoşulmasına, konstruksiyaya ehtiyatlı yanaşmaya təminat veririk. Reklam konstruksiyaları etibarlılıq və təhlükəsizlik tələblərinə müvafiq olaraq quraşdırılır. Reklam konstruksiyalarından əlavə, aşağıda adları çəkilən materialların quraşdırılması da mümkündür:

  • banner (adi, tökmə, torşəkilli)
  • fleks (adi, tökmə)
  • vinil (adi, torşəkilli)
  • baklit
  • french paper

Mütəxəssislərimiz peşəkarlıqla yerinə yetirirlər:

I variant:

  • montaj, demontaj, çöl reklamının daşınması, konstruksiyanın istifadə olunması;
  • reklam lövhələrinin yuyulması, onların müxtəlif çirklənmələrdən təmizlənməsi, rənglənməsi;
  • reklam konstruksiyalarına planlı texniki xidmət (elektrik avadanlıqlarının, güc elementlərinin iş vəziyyətinin, lövhənin xarici görünüşünün yoxlanılması, cari təmir işlərinin həyata keçirilməsi);
  • mövsümi profilaktik işlər (qış mövsümünə və digər fəsillərə keçid dövrünə hazırlıq – lövhələrə bu cür xidmət, adətən, il ərzində 2 dəfə aparılır);
  • elektron avadanlığın, qoşma nöqtələrinin iş vəziyyətinin diaqnostikası, konstruksiyanın zəruri texniki sənədləşməyə müvafiqliyinin yoxlanılması da daxil olmaqla, çöl reklamının vəziyyətinin öyrənilməsi;
  • çöl reklamının cari və əsaslı təmiri.

II variant

  • lövhələrin tozdan və kirdən mexaniki təmizlənməsi;
  • böyük həcmli konstruksiyaların möhkəmləndirilməsi və onların ayrı-ayrı elementlərinin təmiri;
  • lövhələrdəki kiçik qüsurların (cızıq, sürtünmə) aradan qaldırılması;
  • həcmli hərflərin və digər elementlərin daxili səthindən tozun təmizlənməsi.

III variant

  • reklam konstruksiyasının vəziyyətinin diaqnostikası, zəruri və tövsiyə olunan işlərin siyahısının tərtib olunması;
  • zədələnmiş elementlərin yenilərlə əvəzlənməsi ilə, reklam lövhələrinin və konstruksiyalarının təmiri;
  • elektrik naqillərinin, işıq və elektrik elementlərinin dəyişdirilməsi ilə işıqlı reklamın təmiri;
  • reklam səthlərinin dəyişdirilməsi: köhnəlmiş məlumatların sökülməsi və reklam məlumatlarının yenilənməsi;
  • hazır reklam konstruksiyalarının məlumat, işıqlandırma, konstruksiya elementləri ilə əlavə təchizatı;
  • metal konstruksiyaların korroziyadan təmizlənməsi, reklam konstruksiyalarının təmizliyinə riayət olunması.

IV variant

  • elektrikin montajı, təmiri, dəyişdirilməsi (lampaların dəyişdirilməsindən nonun dəyişdirilməsinədək);
  • reklam konstruksiyalarının ekspertizası;
  • boyama və korroziya əleyhinə işlər (astarla boyanmadan toz boyaya qədər);
  • konstruksiyaların yuyulması, təmzilənməsi.

V variant

  • çöl reklamının yuyulması, konstruksiyaların təmizlənməsi;
  • lövhələrin dizaynının dəyişdirilməsi;
  • iş qabiliyyətinin yoxlanılması, işıq elementlərinin vaxtında dəyişdirilməsi;
  • sıradan çıxmış örtük qatının dəyişdirilməsi;
  • məlumatların yenilənməsi;
  • konstruksiyanın ayrı-ayrı elementlərinin dəyişdirilməsi;
  • çöl reklamının montajı, demontajı;
  • işdən sonra tullantıların atılması.

Çöl reklamına peşəkar qulluq sizin qurumunuz üçün əla imic formalaşdırmağa, yeni müştərilər cəlb etməyə, şirkətiniz haqqında rezonans yaratmağa imkan verəcək. Biz sizin çöl reklamınız üçün keyfiyyətli xidmət və vaxtlı-vaxtında təmir təqdim edirik. Siz isə sadəcə öz işinizlə məşğul olursunuz.

REKLAM KONSTRUKSİYALARINA TEXNİKİ XİDMƏT http://oliveads.az/newsite/images/demo/content/blog-139.jpg Super User