KOMPLEKS ÇAP XİDMƏTLƏRİ

OliveAds Construction & Advertising çap məhsullarına dair ən mürəkkəb və qeyri-standart ideyaları həyata keçirir.

OliveAds Construction & Advertising bu istiqamətdə tam xidmət paketi təqdim edir: dizaynerin ilkin eskiz üzərində işi, hazır faylın istehsaldan əvvəlki mərhələyə hazırlığı, məhsulun çapı, onun yerləşdirilməsi və yaxud tələb olunarsa, montaj edilməsi.

Böyük formatlı çap

Bu çöl reklamının hazırlanmasının əsas üsullarından biridir. Bu çap növünün tətbiq sahəsi çox genişdir: kiçik posterlərdən nəhəng reklam səthlərinədək. Reklam kompaniyasının məqsədlərindən asılı olaraq, bizim menecerlərimiz Sizə müxtəlif növ materiallar üzərində çap təklif edəcəklər.

  • Banner üzərində çap
  • Torvari banner üzərində çap
  • Yapışqanlı plyonka üzərində çap
  • Perfo-plyonka (FLEX) üzərində çap
  • Kağız üzərində çap
  • Kətan üzərində çap
  • Plastik üzərində çap

Lazer çapı  

Bu, müxtəlif materialların üzərində şəkillərin, mətnlərin, suvenir simvollarının və ya loqonu çap etməyin yüksək texnologiyalı və mütərəqqi üsuludur. Şəkil lazerlə çəkilir. Bu metod, yüksək dəqiqliyi və keyfiyyətli istismar göstəriciləri (xarici təsirlərə qarşı dayanıqlıq) ilə səciyyələnir. Bu üsulun köməyi ilə, 500 nüsxəyədək kiçik həcmli təcili çap işləri görülür. Bu üsulla göstərilən nüsxədə çapı bir saat ərzində yekunlaşdırmaq mümkündür. Bu da onu digər üsullardan fərqləndirən sərfəli cəhətidir.

 

UV çap

O, ultrabənövşəyi şüaların təsiri ilə möhkəmlənən xüsusi mürəkkəbdən istifadə etməklə həyata keçirilir. Bu cür mürəkkəbin qatılaşma prosesi çox sürətli, demək olar ki, ani olur. Bu cür informasiya yerləşdirmək üsulu, aydın, ifadəli loqotipləri və şəkilləri olan yüksək keyfiyyətli reklam məhsulları əldə etməyə imkan verir. Bu innovasiyalı texnologiyanın tətbiqi rənglərin dəqiqliklə ötürülməsinə və şəkillərin bütün detallarının çap olunmasına imkan yaratdığından, müasir reklam sahəsində geniş istifadə olunur.

 

Ofset çapı

Ofset çapı tam rəngli şəkilləri çap etməyin daha geniş yayılmış üsuludur. Bu, reklam broşürlərinin, kitabların, qəzetlərin, qablaşdırmaların və digər çap məhsullarının orta və böyük tirajlarda çap edilməsidir. Tirajın artması ilə məhsulun bir nüsxəsinin dəyərinin azalması ofset çapın aşağı qiymətini təmin edir.

Ofset çapı aşağıda gösərilən çap məhsulları üçün münasibdir:

  • vizit kartları
  • firma blankları
  • kataloqlar
  • bukletlər
  • vərəqələr
  • afişalar
  • menyu
  • dəvətnamələr
  • plastik kartlar
  • təqvimlər
  • blanklar
  • flayerlər
  • broşürlər
  • kitablar
KOMPLEKS ÇAP XİDMƏTLƏRİ http://oliveads.az/newsite/images/demo/content/blog-41.jpg Super User